• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Erməni şikayət etdi, məşhurlarımız polisə çağırıldı



Rusiyada və MDB-də populyar olan müğənni Coni (Cahid Hüseynli) və “Hammali & Navai” irimiqyaslı dələduzluq işində şahid qismində cəlb olunublar. 

Bakı.Mediayazır ki,  “Komsomolskaya Pravda” qəzeti məlumat yayıb. Qeyd olunub ki, “Dom-2” televiziya layihəsinin keçmiş iştirakçısı, əslən Ermənistandan olan Alina Yan (Sahakyan) külli miqdarda dələduzluqda ittiham etdiyi prodüser Alina Raşidova ilə bağlı Rusiya polisinə müraciət edib.

Vurğulanıb ki, A. Raşidova şərikləri ilə birlikdə ondan təxminən 8 milyon rubl (187 min manatdan çox) pul alıb. 

A. Yan deyir ki, prodüser ona Coni ilə klip çəkdirəcəyinə söz verib, lakin pul köçürüləndən sonra A. Raşidova müqavilələri yerinə yetirmədən yoxa çıxıb.

KP-nin məlumatına görə, klipdə iştirakı A. Yana 350 min rubla (təxminən 8000 AZN) başa gələn “Hammali & Navai” cütlüyü  (İsgəndər Əliyev və Nəvai Bəkirov), müğənni Coni isə artıq şöbəyə çağırılıb.

ƏN ÇOX OXUNANLAR

0.23760986328125