• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Messi "Barselona"ya qayıdacaq



Argentina millisinin futbolçusu Lionel Messi 2023-cü ilin yayında Fransanın PSJ klubunu İspaniya "Barselona"sına dəyişəcək.

Baki.Media xəbər verir ki, bu barədə argentinalı jurnalist Veronika Brunati sosial şəbəkə hesabında paylaşım edib.

O, 35 yaşlı forvardın gələn il iyulun 1-dən Kataloniya təmsilçisinin üzvü olacağını yazıb.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında məhz "Barselona"dan keçib. Onun Paris təmsilçisi ilə 2023-cü ilin iyununadək müqaviləsi var.

ƏN ÇOX OXUNANLAR

0.13243508338928