• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Övladlarınızı kiminsə qazancı üçün qurban verməyin!"- Pediatrdan XƏBƏRDARLIQ



“Süd dişlərini təmizləmək üçün saatlarla körpə beynini narkotik analgetik altında "yatırmağa" dəyərmi? Süd dişlərini təmizləmək üçün sedasiya etdirmək sadəcə uşağı yatırtmaq deyil. Narkotik analgetik dərmanla bu dünya ilə beynin əlaqəsini kəsməkdir”. 

Baki.Media xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, sedasiyanın uşaqlar üçün çox zərərli olduğunu bildirib:

“Necə yatmaqdır ki, dərman bədəndən çıxmayınca çağırsan da, nə etsən də ayılmır.
İstifadə olunan maddələr beynin yaddaş, qavrama, analiz - sintez qabiliyyəti, nitq və bilmədiyimiz digər koqnitiv funksiyalarına təsir edir. 
Xüsusən dörd yaşa kimi olmaz, yalnız çox vacib əməliyata görə sedasiya, narkoz istifadə edilməlidir. İndi deyəcəklər ki, biz yüngül dərman istifadə edirik, əlavə təsiri yoxdur. 

Mən şəxsən nə həkim kimi pasiyentlərə məsləhət görürəm, nə valideyn kimi öz uşaqlarıma edərəm.

Əgər hansısa uşaq həkimi yaxın buraxmır və dişlərində dərin kariyes varsa, bunun da yolunu tapmaq lazımdır. Ya öncədən qorumaq, ya iynə ilə yerini keyidib müdaxilə etmək, ya da elə çürük dişlərlə həyata buraxıb arada ürək qapaqlarına nəzarət etmək lazımdır. Çürük dişlər infeksiya mənbəyidir, amma bunu 2 saat sedasiya ilə müqayisə etsəm, elə infeksiyanı seçirəm”.

Pediatr sedasiyanın geniş yayılmasının səbəbini də açıqlayıb:
“Böyüklərlə işləyən stomatoloqlar çox iş görür və yaxşı qazanır. Uşaq diş həkimləri isə sedasiyasız  uşaqlarla işləməyin elə də gəlirli olmadığını görür. Nə istəyirsiniz deyin, amma bu belədir. 

Valideynlər, övladlarınızı qoruyun. Onları kiminsə qazanc mənbəyinə qurban verməyin”.

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

0.10182285308838