• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yerimək faydalıdır: amma necə?



Orta templə yeridiyimiz zaman ürək döyüntüsünün sürəti alınan rəqəmin 50 və ya 70 faizi qədər olmalıdır. Yüksək templə yeridikdə isə bu rəqəm 70 və ya 85 arasında dəyişə bilər.

Baki.Media bildirir ki, bu sözləri Türkiyəli məşhur kardioloq Murat Aksoy deyib.

Mütəxəssisin fikrincə, yeriyən zaman ürək döyüntülərinin ritminə və yerimə sürətinə mütləq fikir vermək lazımdır:

“Əgər bunun üçün bir formula lazımdırsa, o zaman 3 qaydaya diqqət yetirməliyik. Riyazi olaraq 220-dən, hazırki yaşınız çıxılır və alınan rəqəm ürəyin maksimum döyünmə sürəti hesab olunur. Orta templə yeridiyimiz zaman ürək döyüntüsünün sürəti alınan rəqəmin 50 və ya 70 faizi qədər olmalıdır. Yüksək templə yeridikdə isə bu rəqəm 70 və ya 85 arasında dəyişə bilər”.

Professorun sözlərinə görə, açıq havada yeridikdə yüngül təngənəfəslik sağlamlıq nöqteyi-nəzərindən daha vacibdir.

Açıq havada gəzməyin 5 əsas faydası:

1. Çəkini azaltmağa və onu qorumağa kömək edir

Artıq kaloriləri yandırır. Bu da yediklərinizin yağ kimi depolanmasının qarşısını alır. Əgər genlərinizdə obezliyə meyllilik varsa, yeriməyi həyat tərzinə çevirməklə bu genetik problemdən qurtulma ehtimalınız var. Açıq havada yerimək şirniyyat istəyinizi azaldır.

2. Ürək və şəkər xəstəliyi riskindən qoruyur

Həftədə 5 gün, 30 dəqiqə açıq havada yerimək ürək xəstəliyi riskinin qarşısını 20 faiz alır. Şəkər xəstəliyindən əziyyət çəkənlər yeməkdən sonra ən azı 10-15 dəqiqə yeriməklə qan şəkərini sabit saxlaya bilər.

3. Yeriməklə infeksion xəstəliklərdən qoruna bilərsiniz

Yerimək həm də immun sisteminin güclənməsində faydalı üsullardan hesab olunur. Alimlərin araşdırmalarına görə gün ərzində 45 dəqiqə yeriyən insan gün ərzində 30 dəqiqə yeriyənlərə nisbətən 43 faiz daha az qrip xəstəliyinə yoluxur.

4. Mütəmadi olaraq yerimək ruhumuzu təmizləyir və enerji verir

Yerimək orqanizm üçün nə qədər faydalıdırsa, insanın ruhuna, psixologiyasına da bir o qədər faydası var. Xüsusilə yeridiyiniz zaman ətrafdakı yaşıllıq sizə ayrı bir enerji verəcək. Psixoloqlar adətən yüksək templə yeriməyi (idman yerişi) müalicə metodu kimi də məsləhət görür.

5. Xərçəng xəstəliyindən qoruyur

Həftədə ən az 7 saat yeriməklə az yeriyən insanlara nisbətən döş xərçəngi riskini 14 faiz azaltmaq mümkündür.

ƏN ÇOX OXUNANLAR

0.076946973800659