• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Beyonsun anasının evindən bir milyonluq oğurluq edildi 



Dünyaca məşhur pop ulduz Beyonsun anası Tina Noulsun Los-Ancelesdəki evi qarət edilib.

Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 5-də Noulsun komandasının üzvü 69 yaşlı qadının seyfinin oğurlandığını aşkar edib. 

Hadisə zamanı modelyerin dəqiq harada olduğu bilinmir, lakin o, həftə sonu şəhərdən kənarda olub. 

Məlumata görə, evdən ümumilikdə 1 milyon dollardan çox pul və zinət əşyaları oğurlanıb.

Oğruların evə girərək seyfi necə oğurladıqları hələlik bəlli deyil.

Qeyd edək ki, modelyer Tina Nouls "House of Dereon" və "Miss Tina by Tina Knowles" brendləri ilə tanınır. Noulsun ümumi sərvəti 25 milyon dollar qiymətləndirilir.

Məhəmməd Allahyarlı (təcrübəçi)

 

ƏN ÇOX OXUNANLAR

0.10915088653564