• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sumqayıt Tibb Mərkəzində nöqsanlar: Rəhbər vəzifələr artırılıb, xərclər çoxaldılıb



Sumqayıt Tibb Mərkəzinin (Mərkəz) kadr potensialı  fəaliyyətə tam uyğunlaşdırılmamış, islahatlar prosesində çarpayı sayının 13 vahid artırılması fonunda ştat sayı 464,75 sayda artırılıb, ümumilikdə ştat sayının artımının əsas hissəsi funksional fəaliyyətlə məşğul olmayan qeyri-tibbi heyətin hesabına təmin edilib.

Bu hallar Hesablama Palatasının Mərkəzdəki auditi nəticəsində ortaya çıxıb.

Bildirilir ki, qeyri-tibbi heyətin sayının artımına və payının çox olmasına tibb müəssisələrinin mühafizəsi məqsədilə ştat sayının artımı, eləcə də bir sıra, o cümlədən rəhbər vəzifələr üzrə ştat sayının çox saxlanılması təsir göstərib. Bu amillər isə əməyin ödənişi ilə bağlı xərclərin də artımına gətirib çıxarıb.

Qeyd olunanlar, həmçinin Mərkəz tərəfindən xüsusilə qeyri-tibbi heyət üzrə vakant yerlərin tutulmasına diqqət yetirilməsi tibbi kadrların rasional idarə olunması və keyfiyyətli xidmətin təqdim edilməsində riskləri formalaşdırmaqla yanaşı gəlirlərin artırılması imkanlarının da genişlənməsinə şərait yaratmayıb. Diqqətə çatdırılmalıdır ki, Mərkəzin cəmi ştat sayı ümumi ştat sayının 10,5%-i, cəmi xərclərin təxminən 5%-i idarəetmə aparatı və mərkəzi mühasibatlığın payına düşüb.

Məlumat üçün onu qeyd edək ki, hazırda Mərkəzin direktoru Səkinə Sadıxovadır.

ƏN ÇOX OXUNANLAR

0.098304986953735