• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Abşeron Mərkəzi Xəstəxanasının 2,4 milyonluq tenderini bu şirkət uddu



Abşeron Rayon Mərkəzi Xəstəxanasının keçirdiyi tender müsabiqəsinin qalibi “Sağlam Həyat C.A” MMC olub.

Xəstəxana laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınmasına görə MMC-yə 2 milyon 400 min manat ödəyəcək.

Nizamnamə kapitalı 10 manat olan "“Sağlam Həyat C.A” MMC-nin hüquqi ünvanı  Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 14, m. 21 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Kəsəmənli Ceyhun Aslan oğludur.

Qeyd edək ki, 28 Dekabr 2022-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsi Azər İsmayılova həvalə edilib.

ƏN ÇOX OXUNANLAR

0.087848901748657