• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sumqayıtda kütləvi zəhərlənmə baş verib 



Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir, sexə birəyə qarşı vurulan dərmandan zəhərləniblər.

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən doqquzu abulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən bildirilib ki, üç nəfərin terapiya şöbəsində müalicəsi davam etdirilir: “Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”.

Qeyd olunub ki, onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur.

ƏN ÇOX OXUNANLAR

0.12010216712952