• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Boşanmaların sayının artmasının səbəbləri nədir? - Psixoloq şərhi



Azərbaycanda boşanmaların sayı rekord həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ekspertlərə görə, bu statistika artıq həyəcan təbili çalmaq üçün zəmin yaradıb.

Boşanmaların sayının artmasına səbəb olan amillər görəsən nələrdir? 

Valyuta.az-a açıqlamaa verən psixoloq Elnur Rüstəmovun fikrincə, boşanmaların sayının artmasına Azərbaycan ailəsinin ənənə ilə müasirliyin poliqonuna çevrilməsi öz təsirini göstərib: 

“Boşanmalara təsir göstərən faktor və məqamlar çoxdur. Oxşar proseslər keçən əsrin 50-ci ilərində Amerika cəmiyyətində baş vermişdi. Belə olan halda, onlar ailə institutunu formalaşdırdılar. Ona əsasən də cütlüklər evlənməmişdən öncə hər hansı bir sıxıntı yaşadıqda onlara sosial-psixoloji dəstək göstərilirdi. Azərbaycanda isə ailələrdə psixoloji dayanıqlılıq yoxdur. Ailə münasibətləri indi əvvəlki tək ənənəvi qaydalarla idarə olunmur.

Ənənəvi qaydalar üzrə yanaşma tərzi hazırda özünü doğrultmur. Yeni dövrün yanaşmasına keçmişik. Azərbaycanın ailə dəyərləri möhkəm və qədimdir. Ancaq bu qədimlik üzərindən müasirliyi də formalaşdırmalıyıq. Bu gün Azərbaycan ailəsi ənənə ilə müasirliyin poliqonuna çevrilib. Biri ənənəni qorumaq istəyir, ikincisi isə müasirliyi dəstəkləyir”. 

Psixoloq deyir ki, ölkəmizdə kişi cinsinin nümayəndələri ənənəvi ailə modelinin qorunmasında, qadınlar isə müasir ailə modelinin olmasında maraqlıdır:

“Bunun üzərində də tərəflər arasında problem yaranır, bu da boşanmaya gətirib çıxarır”. 

Ekspert qeyd edir ki, psixoloji dəstək göstərilərsə, ölkəmizdə boşananların sayı da azalacaq:

“Ailə qurmadan öncə tibbi müayyinə ilə paralel, psixoloji diaqnostika da olmalıdır”. 

ƏN ÇOX OXUNANLAR

0.031742811203003