• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şöbə müdirinin əməlləri ifşa olunan Salyan Rayon Mərkəzi Xəstəxanasından yeni şikayət



Vətəndaşlar Salyan Rayon Mərkəzi Xəstəxanasından şikayətçidirlər.

İddia edilib ki, ezamiyyətə göndərilən tibb işçilərinin ezam pulları baş mühasib və direktor arasında bölüşdürülür.

Eyni zamanda, bildirilib ki, təcili tibbi yardım maşınlarını öz şəxsi əmlakları kimi öz həyətlərində saxlayır, öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bəzi sürücülər bir neçə dəfə qəza törətsələr də, onlara gözün üstə qaşın var deyən olmayıb.

Vətəndaşlar iddia edirlər ki, cərrahiyyə əməliyyatı olunaraq evə buraxılan xəstə təkrar müayinə olunmaq üçün gəldikdə içəri buraxılmır.

Terapiya şöbəsi isə baxımsız vəziyyətdədir.

Qeyd edilib ki, Terapiya şöbəsində təmirin başlanılması və həkimlərin Poliklinika şöbəsində yaradılmış müayinə otaqlarında xəstə qəbulu üçün şərait yaradılması istiqamətində iş gedir.

Xatırladaq ki, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri ifşa olunub.

Xanış Abbasovun əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə əldə edilmiş ilkin sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məsələ barədə Salyan Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaqda bu mümkün olmadı. Qarşı tərəfində münasibətin dərc etməyə hazırıq.

 

ƏN ÇOX OXUNANLAR

0.096413135528564