• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fransa TIR-ları vizual dəyişiklikdən başqa heç nə edə bilməyəcək 



“Vətən müharibəsi dövründə baş verənlər, o cümlədən postmünaqişə periodunda müşahidələr göstərdi ki, regionda 30 illik işğal və çoxsaylı cinayətlərin təməlində dayanan əsas səbəblərdən biri Fransa olub. Fransa açıq formada 30 il işğal status-kvosunun qorunması üçün ciddi səylər göstərərək Azərbaycanı bu qəbuledilməz və təhqiramiz reallıqla barışmağa çağırdı.

müharibəsi dövründə beynəlxalq hüququn prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və Azərbaycanın suveren haqlarını rəhbər tutaraq torpaqlarımızı hərbi-siyasi yolla azad edərkən isə Fransa açıq formada qarşımızda dayandı. Lakin Prezident İlham Əliyev istər hərb meydanında, istərsə də qlobal platformalarda - masada İrəvanla bərabər, Fransanı da, sözün əsl mənasında məğlub edib yerinə oturtdu”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, görünən odur ki, Fransa nə Qafqazda, nə BMT Təhlükəsizlik Şurasında ardıcıl məğlubiyyətləri ilə barışa bilir və bütün mümkün imkanlarda Azərbaycan əleyhinə fəaliyyət sərgiləyir.

“Bu mənada sonuncu təxribat – “humanitar fəlakət” şousu Fransa üçün yaxşı fürsət oldu. Lakin cənab İlham Əliyevin beynəlxalq  hüququ rəhbər tutan qətiyyətli mövqeyi ilə həm hüquq müstəvisində - Beynəlxalq Ədalət Məhkəməsində, həm də diplomatik platformalarda, ələlxüsus BMT Təhlükəsizlik Şurasında bu məsələyə dair üstünlüyü ələ alması, Fransanı “ayı üsuluna” əl atmağa vadar edib”, – o qeyd edib.

Deputat əlavə edib ki, Fransa Paris və Marsel şəhərinin merlərinin başçılığı altında İrəvandan Qarabağa yeni TIR-lar yola salmaqla humanitar niyyət adı altında Azərbaycanı növbəti dəfə fakt qarşısında qoymağa cəhd etməkdədir:

“Amma Fransa bilməlidir ki, rəsmi Bakı Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirilməsini siyasi möhtəkirlik hesab edir. Cənab İlham Əliyevin Fransa Prezidenti ilə telefon danışığında da ifadə edildiyi kimi “Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”.

Azərbaycan Prezidenti ilə telefon danışığında Emmanuel Makronun “vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu” bildirməsi fonunda İrəvandan fransız TIR karvanının Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində yola salınması, Fransanın nə qədər riyakar, sülh və təhlükəsizlik üçün təhlükə yaradan və ən əsası, son nəticədə elə erməniləri məhvə sürükləyən qeyri-mənəvi dəyərlərə söykənən beynəlxalq subyekt olduğunu göstərir.

Lakin Azərbaycan Prezidentinin sonuncu dəfə Laçından da ifadə etdiyi kimi, kimsə bizim iradəmizə təsir edə bilməz, bizim mövqeyimiz dəyişməzdir. O cümlədən də bu gün İrəvandan öz aləmlərində Qarabağa yola salınan 10 ədəd Fransa TIR-ı heç nəyi dəyişə bilməz. Parisin, Marselin merlərinin də qatıldığı təxribat karvanı yalnız və yalnız Laçın sərhəd-buraxılış məntəqəsi qarşısında düzülən əvvəlki 21 ədəd TIR-ın cərgəsinə qoşularaq sıranı uzatmaqla vizual dəyişiklikdən başqa heç bir nəticəyə gətirib çıxarmayacaq”.

 

ƏN ÇOX OXUNANLAR

0.10202288627625