• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hikmət Abbasovun yerinə polkovnik təyin edildi  



Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib.

Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri manset.az saytı yayıb.

 

ƏN ÇOX OXUNANLAR

0.24694895744324