• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əli Abbasovun oğlu ilə Etibar Pirverdiyevin qızı Londondakı şirkətlərini bağladılar – Fotofakt



“Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qızı və eyni zamanda sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun gəlini olan Dünya Pirverdinin direktor olduğu “JDE Tradıng Lımıted” şirkəti ləğv olunub.

Ekonominfo.az xəbər verir ki, “JDE Tradıng Lımıted” şirkəti 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda qeydiyyata alınıb. Şirkət 6 il fəaliyyət göstərdikdən sonra bu ilin aprel ayında ləğv olunub.

Qeyd edək ki, Dünya Pirverdi həyat yoldaşı Eldar Abbasov ilə birlikdə Londonda daha 3 şirkət qeydiyyatdan keçirib. Onlardan 2-si -  “Bittop Limited” və “JDE Capital Ltd” şirkətləri 2018-ci ildə ləğv olunub. “İnfipro Limited” adlı şirkət isə  2019-cu ildə ləğv olunub.

Onu da bildirək ki, “İnfipro Limited” adlı şirkət ləğv olunsa da onun Azərbaycandakı nümayəndəliyi fəaliyyət göstərir. Hazırda “İnfipro İnc” şirkətinin Azərbaycandakı nümayəndəliyinin (VÖEN-2002172991) dövlət büdcəsinə vaxtında ödənilməyən 5 min  292 manat 60 qəpik vergi borcu da var.

Məlumat üçün bildirək ki, sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov daha əvvəl Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Onu da qeyd edək ki, Eldar Abbasovun “İnfipro İnc” şirkətinə rəhbərlik etdiyi dövürdə atasının rəhbərlik etdiyi Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə bağlı olan "Aztelekom" İstehsalat Birliyilə böyük layihələr icra edib.


ƏN ÇOX OXUNANLAR

0.11090803146362