- 0
ENDİRİLİR
ENDİRİLİR
Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, fərdi sahibkar Novruz Şöhrət oğlu Gülməmmədov növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı Prezident İlham Əliyevə müracət edib.
Pravda.az xəbər verir ki, iş dilə gətirib.
“"Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin təzyiqlərinə məruz qalmışıq. Dövlət başçısına niyə xəyanət edib, dövlətçiliyə xələl gətirirlər? Bir neçə il bundan əvvəl həmin yerə Kəmaləddin Heydərov göz dikmişdi, əlimizdən almaq istəyirdi. Sonra məsələ yoluna qoyuldu. 48 500 manat vergi cəriməsi yazıldı, ödədim.
İndi isə təkrar Muxtar Babayev gözünü dikib, əl çəkmir. Cənab Prezident, dövlət məmurları tərəfindən təzyiqlərə məruz qalmışıq, çıxış yolu desinlər, onu edək. Araşdırsın, günahım varsa, həbs etsinlər. Fuad Ələsgərovun qəbulunda olmuşam. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları məndən rüşvət alıb, əlimdə faktlar, sübutlarım var.
Onlara qarşı cinayət işi başlanılıb, amma bilinmir o iş hara gedib. Fuad müəllim baş prokurorun müavininə tapşırıq verdi ki, dərhal tədbir görülsün, nə qədər absurd məsələdir, bu qədər pul yığıblar. Üstüdən 9 ay keçməsinə baxmayaraq, mənə qarşı torpaq zəbti ilə bağlı iddia qaldırıblar. 2015-ci ildə müqaviləm var, hara baxırdınız, indi cinayət işi başlatmısınız?
Bunlar insanları belə susdururlar. Ölkə başçısının xəbəri yoxdur, qoy bilsin. Araşdırsınlar. 3 ildir, Muxtar Babayev nazir gələndən bəri bu problemi yaşayırıq. Mövsümə uyğun işləyən yerdir, çətinliklə, nə vəziyyətlə ərsəyə gətirmişəm. Muxtar Babayev əl çəkmir. Gözünü dikmisənsə, onda qoyduğumuz pulu ver, obyekti sənə verək, çıxaq gedək. Bütün ekologiyanı məhv etdin. 800 minə qədər o əraziyə pul qoymuşam”.