• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

General Faiq Tağızadə infarkt keçirdi



Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xəstəxanaya yerləşdirilib.

Qaynarinfo.az xəbər verir ki, general bir neçə gün əvvəl infarkt keçirib və xəstəxanaların birinə yerləşdirilib.

Həkimlər Faiq Tağızadənin ürəyinə stent qoyublar. Hazırda general amblator şəraitdə müalicəsini davam etdirir.

Məlumata görə, Faiq Tağı-zadə bülletenə çıxaraq, nazirlikdəki əmək fəaliyyətini dayandırıb. Bu ilin noyabr ayında 71 yaşı tamam olacaq nazir müavininin vəzifəsindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, Faiq Tağı-zadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. 3 may 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Ailəlidir. 3 övladı var.

ƏN ÇOX OXUNANLAR

0.099815845489502