• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ermənistana hərbi kontingent göndərməlidir - Hindistanlı generaldan absurd təklif



Hindistan Cənubi Qafqazda sülhün yaranması əvəzinə gərginliyin davam etməsi üçün Ermənistanı nəinki silahlandırmağa, hətta bu ölkəyə hərbi contingent göndərməyi təklif edir. Hindistan Ermənistanı silahlandırmaqla, əslində, bölgəni “barıt çəlləyinə” çevirmək istəyir.  

Hindistanlı general Aşok Kumar belə bir təkliflə çıxış edib ki, Dehli İrəvana təkcə silahla deyil, həm  peşəkar hərbi təlimatçılərlə təmin etməli, həm də bu ölkəyə məhdud hərbi kontingentin göndərməlidir. 

Ölkə.Az xəbər verir ki, belə bir təkliflər Hindistan ordusunun istefada olan generalı Aşok Kumar “firstpost.com” saytında dərc olunan məqaləsində yazıb.

Kumar yazır ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə kömək etməyə hazırdır”.   

Hindistanlı general hesab edir ki, bu gün Ermənistan ordusunun güclü və zəif tərəflərini yenidən qiymətləndirməsinə ehtiyac var. 

“Bu baxımdan da İrəvan hansısa etibarlı ölkənin köməyindən istifadə etməklə həm ordusunu gücləndirsin, həm də onlara hərbi təlim keçsin.  Düşünürəm ki, Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün açıq seçim ola bilər”, - o qeyd edib.

Kumar əlavə edib ki, bu işdə Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz: “Hindistan və Ermənistanın maraqları üst-üstə düşdüyündən İrəvandan hərbi dəstək üçün istənilən müraciət Dehlidə müsbət qarşılanmalıdır”.

 

ƏN ÇOX OXUNANLAR

0.28989505767822