• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Mənim oğlumun biznesi də var, restoranı da” - Qurban Yetirmişli



Jurnalist Cavanşir Həsənli Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin ailə üzvlərinin xaricdə biznesinin olduğuna dair məlumat paylaşıb.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Qurban Yetirmişli oğlunun və qızının biznesinin olduğunu etiraf edib.

“Volkswagen” mənim yoldaşımındı, “Audi” şirkəti mənimdi, “Mercedes” şirkəti qızımındı (gülür):

“Boş-boş xəbərlərdir. Daha nə şirkəti qaldı orda? Birincisi lap açılsa da, bu qəbahət deyil. İkincisi də elə bir şirkət yoxdur. Mənim qızım ailəsi ilə birlikdə xaricdə yaşayır. Kürəkənimin orada biznesi var. Mənim oğlumun neçə illərdir restoranı və turizm biznesi var."

"Övladlarımın ikisi də tarixçidir. Şəhərin 90 faizi binaların altı restorandı. “Şah” restoranı oğlumundur. Restoranda Azərbaycanın qədim dövlətçilik tarixi, xəritələr, şahın şəkilləri və s. yerləşdirilib. Mənim oğlumun 41 yaşı var. Dünənki uşaq deyil. Nə etməlidir, evdə oturub barmağını sormalıdır? Məndən də bacarıqlıdı. Uzun müddet “Çto? Qde? Koqda?-da iştirak edib. Atəşgahın prezidenti olub, xaricdə Azərbaycanı təmsil edən tələbələri olub. Oğlumun restoranı da var, turizm şirkətləri də. Bu qəbahət deyil”

Qeyd edək ki, Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Avropada olan biznesi barədə ötən həftə yerli mediada məlumat yayılmışdı.
 
Həmin məlumatda Q. Yetirmişlinin xanımının və övladlarının adına təsis edilən çoxsaylı şirkətlərdən bəhs edilirdi.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktorunun Bakıda da xeyli sayda biznes obyekti var. 
 
Bu obyektlərdən biri Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25A binasında, İcra hakimiyyətinin binasınin 100 metrliyində «Meridian» MTK-nin tikdiyi binada yerləşən «Şah» restoranıdır.

Məlumata görə «Geo Catering» MMC-yə məxsus olan "Şah" restoranı bina yolunu və zirzəmisini «Meridian» MTK-nin varisi «Meridian-M» MMC-nin rəhbərliyi ilə əlaqəyəyə girib saxta sənədlərlə özəlləşdirib.

"Qurban Yetirmişlinin adamları sakinlər üçün, eni 4 m olan, avtomobil yolunda bir çığır qoyublar. Pilləkənləri dağıdaraq mətbəxlərin tütkeşini yuxarı qaldırıblar. Səsdən və qoxudan yaşamaq mümkün deyil. Restoranın küçəyə baxan hissəsini də zəbt ediblər. Sakinləri bunlar heç veclərinə də almırlar. Sakinlər müraciət etmədikləri qurum qalmayıb. Bütün qurumlar bizə göndərdiyi məktublarda təsdiqləyirlər ki, bu hərəkətlər qanunsuzdur, cifayda, sonda heç kim tədbir görmür".-deyə, məlumatda qeyd edilir.

ƏN ÇOX OXUNANLAR

0.10195207595825