• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xankəndiyə polis rəisi təyin edilən Zaur Nəsirov kimdir - DOSYE



Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsinə rəis təyin edilib. 

Qaynarinfo-nun verdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Nəsirov Göygöl Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Xankəndi RPŞ-nın rəisi təyin olunub. 
 
Qeyd edək ki, Zaur Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib. Həmin ildən daxili işlər orqanlarında xidmət edir. 2021-ci ilin dekabr ayında Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən azad edilərək, Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
 
Xatırladaq ki, 2023-cü ilin oktaybr ayında Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsi yaradılıb. 
 

 

ƏN ÇOX OXUNANLAR

0.10061502456665