Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət etməyi müzakirə etmir.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“İndiki mərhələdə Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunmur. Düşünmürəm ki, belə bir şey ola bilər. Ermənistan ərizə təqdim etməyib və Aİ-yə üzv olmaq və ya namizəd olmaq üçün gözləmir”.
Onun sözlərinə görə, Gürcüstan və ya Türkiyə kimi illərlə gözləməməsi üçün Ermənistanın görüləsi hələ çox işi var. Simonyan əlavə edib ki, bir sıra standartların dəyişdirilməsinə ehtiyac var.
Mürtəza
Ölkə.Az