Venesueladan olan təhlükəli cinayətkar bu yaxınlarda özünü qadına çevirərək və sadəcə görüş saatının sonunda çölə çıxaraq həbsxanadan qaçmağı bacarıb.
"Ölkə.az" Lent.az-a istinadla xəbər verir ki, qətl və quldurluqda təqsirli bilinən 25 yaşlı məhbus Manuel Lorenso Avila Alvarado sevgilisi ilə görüşdükdən sonra Venesuelanın Karabobo əyalətinin Tokuito şəhərindəki El Libertador həbsxanasından qaçıb.
Yerli qəzetin məlumatına görə, insident yerli vaxtla saat 14 radələrində, ziyarət saatının sonunda baş verib. Tünd dəri rənginə baxmayaraq, Alvarado özünü sarışın qadın kimi təqdim edərək və çox güman ki, sevgilisi tərəfindən gətirilən parik və qadın paltarı geyinərək bir neçə həbsxana nəzarətçisini aldada bilib.