Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
APA xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.
Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 300-ü keçib.
Qeyd edək ki, komissiyanın iclasları 28 May - Respublika Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Xatırladaq ki, aprelin 3-də və 17-də də Əfv Məsələləri Komissiyasının iclası keçirilib.