• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsrail COVID-19-dan sağalmış əcnəbilərin ölkəyə girişinə icazə verəcək



Yanvarın 9-dan İsrail hökuməti koronavirusa yoluxmuş və peyvənd olunmuş əcnəbilərin ölkəyə girişinə icazə verib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

“Baş nazir və xarici işlər, səhiyyə, daxili işlər, turizm və nəqliyyat nazirləri belə qənaətə gəliblər ki, bazar günü, yanvarın 9-dan etibarən “narıncı” ölkələrdən (orta yoluxma səviyyəli – red.) peyvənd olunmuş və COVID keçirmiş əcnəbilər ölkəyə giriş icazəsi ala biləcəklər”, - deyə qurumun məlumatında bildirilir.

Qeyd edək ki, Azərbaycan da “narıncı” ölkələr siyahısındadır.

Səhiyyə Nazirliydən bildirilir ki, gələnlər bir sıra şərtləri yerinə yetirməli olacaqlar; təyyarəyə minməzdən əvvəl, hökumətin saytında onlayn anket doldurmalı, PCR və ya antigen testini verməli, İsrailin girişində PCR testindən keçməli və mənfi nəticə əldə olunana qədər 24 saat ərzində təcrid olunmalıdır.

“Qırmızı” ölkələrdən (xəstəliklərə yoluxma halları yüksək olan) əcnəbilərin ölkəyə girişi qadağan olunacaq. Hazırda İsrail Səhiyyə Nazirliyi ABŞ, Böyük Britaniya, Türkiyə, Meksika və İsveçrə də daxil olmaqla 15-ə yaxın ölkəni “qırmızı”lar siyahısına daxil edib.

Mənbə: RİA Novosti

ƏN ÇOX OXUNANLAR

0.098937034606934