• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Məhərrəm ayı mənim həyatımda heç bir əhəmiyyət daşımır” - Elçin Şıxlı



“Ümumiyyətlə, Məhərrəm ayı mənim həyatımda heç bir əhəmiyyət daşımır. Kimsə bu ayda toy etmək istəyirsə, etsin, istəməyən etməsin. Bu məsələdə cəmiyyətin fikirlərinə müdaxilə etmək istəmirəm, hərə özü bilər, bu onların şəxsi işidir...”

Bu sözləri Yenisabah.az-a Azərbaycan Jurnalistlər Birliyinin Sədri, Əməkdar jurnalist Elçin Şıxlı deyib.

Hər il Məhərrəm ayında mübahisələrə səbəb olan mövzu ilə bağlı danışan jurnalist cəmiyyətdə ikitirəliyin yaranmasının düzgün olmadığını bildirib:

“O ki, qaldı bu mövzunun cəmiyyətdə ikitirəlik yaratmasına, bu dünyanın hər yerində var. Sadəcə olaraq Avropada katoliklərlə protestantlar arasında mübarizə orta əsrlərdə başladı və bitdi, amma bizdə hələ də davam edir. Sünni şiə məsələsi hələ də müzakirə və mübahisə edilir. Bilirsiniz, bu hərənin öz seçimidir, 21-ci əsrdə yaşayırıq. Düşünürəm ki, əgər insanın qəlbində iman və inanc varsa, o adam sakitcə dayanır, bunu bir özü, bir də “yuxarıdakı” bilir. Cəmiyyətə öz düşüncəni mütləq şəkildə yeritməyin hər zaman əleyhinə olmuşam.   İstər dini, istərsə də ideoloji cəhətdən. Hərənin öz fikri var, sən özün üçün nəyi düzgün sayırsansa onu etməlisən. İkitirəlik yaxşı şey deyil, bunun qarşısını almaq üçün cəmiyyət savadlı, gözüaçıq, dünyagörüşlü olmalıdır. Bu gün divara kəllə vurmaqla irəli getmək olmaz. Bu mövzuda kimsə digərini təhqir edirsə, bu onun tərbiyəsidir, dini savadın bura dəxli yoxdur”.

E.Şıxlının sözlərinə görə, bu gün özünü din xadimi kimi təqdim edənlərin əksəriyyəti savadsızdır:

“Çox təəssüf ki, bu gün özünü din üləması adlandıranların mütləq əksəriyyəti bisavaddır. Mən dəfələrlə bunun şahidi olmuşam. Ərəb dili mütəxəssisi olan tanışlarımız var, hansı ki, illərlə ərəb ölkələrində çalışıblar, bəzən onlarla məclislərdə olmuşuq, soruşmuşam ki, “Mollanın nə oxuduğunu başa düşürsən?” deyib ki, “Heç molla özü də bilmir ki, nə oxuyur”. Onların mütləq əksəriyyəti belədir, savadsızdırlar, həmin savadsızlıqdan irəli gələn cahilliklə də belə bəsit mübahisələr edirlər. Söhbət tək dini savaddan getmir, ümumi təhsildən gedir

ƏN ÇOX OXUNANLAR

1.5724201202393