• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bol üzüm yeyənlər qışda bronxitə tutulmur - Məşhur həkim



Üzümün tərkibində 22-25% qlükoza vardır, bu da bizim toxumalarımız üçün əsl enerji mənbəyidir.

Üzüm fiziki və zehni yorğunluğu aradan qaldıran ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır. Bədənimiz üzümdən alınan enerjinin lazım olan qədərini işlədir, qalan hissəsini isə qaraciyərdə depolayır və bütün qış boyu bu enerjidən istifadə edir. Tərkibində çox miqdarda olan dəmir və qlükoza qanyaranmanı sürətləndirir, qanazlığını aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.

Üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və böyüklərdə sümükləşməni artırır, osteoporozun, yəni sümük əriməsinin qarşısını alır.

Ölkə.Az medicina.az-a istinadla xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Həkim qeyd edib ki, üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır. O, böyrəklərin işini sürətləndirir, bədənimizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir.

"Payızda bol-bol üzüm yeyənlər qışda bronxitə tutulmur. Üzüm həm də immun sistemini gücləndirir, bununla da bədənimizi sanki qış xəstəliklərindən qoruyur", - deyə F.Hüseynov bildirib.

Fitoterapevtin sözlərinə görə, üzümün tərkibində olan kalium ürək əzələsini və bütün bədən əzələlərini gücləndirir. Üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır. Deməli, üzüm xərçəngin ən yaxşı profilaktikasıdır: "Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin".

Mədədə, qida borusunda, bağırsaqlarda səpgi, eroziya, turşuluğun artması, qəbizlik kimi hallar varsa, səhər yeməyindən 1 saat əvvəl 1 salxım, yəni təqribən 200-300 qram şirin üzüm yeyin. Nəticə almaq üçün üzümü ən azı 15-20 gün yemək lazımdır.

ƏN ÇOX OXUNANLAR

0.091849088668823