• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tələbələrə ictimai nəqliyyatda gediş-gəlişdə güzəşt olacaq?



Hazırkı şəraitdə tələbələrin güzəştli gediş-gəlişdən yararlanmağa ehtiyacları var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.

Bununla bağlı bir neçə dəfə təkliflə çıxış etdiyini xatırladan deputat hesab edir ki. tələbəyə dövlətin qayğısını bir daha artırmaq üçün bu addım məqsədəuyğundur: “Nəqliyyatın bütün növlərində, həm daxildə, həm də xaricə, tələbələrə güzəşt edilməsinə ehtiyac var. Dövlət hər zaman tələbələrə qayğı göstərir. Bu da dövlət üçün elə böyük vəsait olmaz. Bu barədə qərar qəbul etməyimiz çox yaxşı olardı".

Təhsilin idarəolunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov isə Bakıvaxtı.az-a bildirib ki, dövlət səviyyəsində əməkdaşlıqlar qurularaq Bakıda yaşayan tələbələrə metro və avtobusda istifadə edə biləcəkləri tələbə kartı verilməlidir: “Bu kartlar aylıq 50-60 manat ola bilər. Əlbəttə ki, bunlar müəyyən hesablamalar nəticəsində qərar veriləsi şeylərdir”.

Ekspert deyir ki, bu kart tələbələrə limitsiz gediş haqqı verməlidir. Onlar ödəniş edib bir dəfə aldıqları kartla limitsiz şəkildə metro və avtobusa minə bilməlidirlər: “Məncə, bu yanaşma tədbiq olunsa, tələbələr üçün daha yaxşı olar”.

Buna bənzər yanaşmanın qonşu Türkiyədə olduğunu deyən Q.Məhərrəmovun sözlərinə görə, Türkiyədə avtobus və metro kartlarının güzəştli və normal iki versiyası mövcuddur: “Düşünürəm ki, bizim tələbələrdə də ictimai nəqliyyat vasitəsi üçün belə bir kart hazırlana bilər”.

ƏN ÇOX OXUNANLAR

0.46354103088379