• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Alla Puqaçova Rusiyaya QAYIDIB - VİDEO



73 yaşlı Alla Puqaçova nəhayət vətəninə qayıdıb. Bu barədə məşhur rusiyalı aparıcı İqor Qulyayev kadrlar paylaşıb.

Görüntülərdə dizaynerin öz sevimli rəfiqəsini qarşılaması əks olunub.

“Gözlərimə inana bilmirəm, doğrudanmı belədir?” - sözlərinə Alla Puqaçova təbəssümlə cavab verir:

“Uzun müddətdir, ancaq heç cür toparlana bilmirdim. Sən oxuyurdun ki, mən burada deyiləm, elə deyilmi?”

Görünür, Puqaçova vəd etdiyi kimi, uşaqları Harri və Lizanın dərs ilinin başlaması ilə bağlı Rusiyaya qayıdıb.

“Öz başımda və sizin başınızda hər şeyi sahmana salacağam”, - deyə ifaçı yerli mətbuata açıqlamasında qeyd edib.

Xatırladaq ki, sənətçinin ailəsi son altı ayı əvvəlcə , sonra isə Latviyada keçirib.

ƏN ÇOX OXUNANLAR

0.13335299491882