• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bala Heydərlə bağlı Baş Prokuror Kamran Əliyevə MÜRACİƏT



Bala Heydərlə bağlı Baş Prokuror Kamran Əliyevə MÜARCİƏT

Son vaxtlar medianı zəbt edən Bala Heydər mövzusu ilə əlaqədar redaksiyamızın elektron poçtuna çoxlu sayda müəllifli yazılar, oxucu şikayətləri daxil olmaqdadır.

Onların arzu, istəklərini və şikayətlərini nəzərə alaraq, MillətinSəsi.info saytının baş redaktoru kimi Baş prokuror Kamran Əliyev cənablarına müraciət ünvanlayıram.

Hörmətli, Baş prokuror
Kamran Əliyev,

Dəyərli vaxtınızı alaraq, Sizə zəhmət verməyimə zərurət yaradan bu gün cəmiyyətimizə ciddi təhlükə sayılan Bala Heydər ləqəbli Əliyev Heydər Həsən oğlunun neçə illərdir aramsız olaraq törətdiyi cinayətlərə hüquqoi qiymət verilməməsidir.

7 dəfə Həcc ziyarətində olan 74 yaşlı bu şəxs ömrünün qürub çağlarını yaşadığı illərdə də çirkin əməllərini islah edə bilmir.

Namuslu insanları aldadaraq hiylə yolu ilə varidatını ələ keçirir, qarayaxır, böhtan atır, lazım gələndə üzə dirənir, lazım da gələndə dizlərini yerə qoyub hönkürtü ilə ağlayır.

Onun ən böyük qəbahəti ağsaqqal vaxtlarında burnunu əməliyyat etdirməsi və anadan serebral iflic doğulan doğma övladından imtina etməsidir.

Bala Heydər ona məxsus “Atlas” Tibb Mərkəzində çalışan yüzlərlə həkimin, tibb personalının əmək, konstitusiya hüquqlarını pozaraq əmək haqqılarını vermir.

1997-ci ildən ta 2017-ci ilə qədər icarəsində olan “Şərq bazarı”nın icarə haqqını ödəməmişdir. 

Hazırda icarəsində olan “Şərq hoteli”nin də (indiki Qorqud) 25 ildir icarə haqqını vermir.

Hörmətli, Baş prokuror
Kamran Əliyev,

Daxil olan dəqiq məlumatlara görə hələ ötən əsrin 90-cı illərində (1990-1992-ci il) “Naxçıvan Türk” bankının müşahidə şurasının sədri, türk vətəndaşı İbrahim Aydının qəsdən öldürülməsi məhz bu günlərimizə qədər Bala Heydərin adında, cavabdehliyindədir.

Adıçəkilən banka əmanətlərini yatızdıran yüzlərlə ahılyaşlı naxçıvanlıların pullarını xəlvəti götürüb Bakıya qaçan və ayrı-ayrı ünvanlarda gizlənən də məhz Bala Heydərdir.Onun imza atdığı belə mənşəli cinayətlərin sayı yüzlərlədir.

Rəhbərlik etdiyim sayt və digər nüfuzlu saytlar bütün bunları dərc edərək geniş oxucu kütləsinə çatdırmışıq və dərc edilən materialların hər bir nüsxəsi tədbir götürülməsi vəona cinayət işi açılması üçün Sizə göndərilmişdir.

Lakin təəssüflə də olsa qeyd edilməlidir ki, tərəfinizdən onun cinayətlərinə hüquqi qiymət verilməmişdir. Məhz Bala Heydər də cəzasızlıq mühitindən yararlanaraq dələduzluq şəbəkəsini genişləndirir.

Bir sual adamı dərindən düşünməyə vadar edir: Fikirləşirsən ki, necə olur, həyətində 2 kol çətənə bitkisi aşkar edilən şəxsə dərhal cinayət işi açılır, həbs edilir amma yüzlərlə cinayətin müəllifi Bala Heydər cəzasız qalır?

Bax, insanları vaxtından əvvəl qocaldan, belini bükən, qamətini əyən və dövlətçiliyimizi sarsıdan bu cür haqsızlıqlardır.

Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayardı ki, dövlətçilik iki halda sarsıla bilər:

“Bir günahkar cəzasız qalanda,
Bir də günahsız cəza alanda”

Sonda onu da qeyd etmək istərdim ki, Bala Heydər onun əməlləri haqda bir neçə aydır saytımızda gedən yazılara görə, müxtəlif proqramistlərlə pul müqabilində razılaşaraq Baki.media saytına və diəgr saytlarımıza hücumlar təşkil elətdirmiş və saytlarımızın data bazasına hücum elətdirib proqramistlər tərəfindən sildirməyə çalışsada heç bir nəticəyə nail olmamışdır. Bunu isə Bala Heydərin son cinayətlərindən biri hesab etmək olar.

Bala Heydər mütləq cəzalandırılmalıdır, cənab Baş prokuror, onun cinayət əməlləri artıq xərçəng kimi metoztaz verib .
Xərçəng metoztaz verəndə kəsilib atılır.

Səmimi hörmətlə:

Baş redaktor Tahir Abbaslı

ƏN ÇOX OXUNANLAR

0.1225950717926