• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Bay Yanlış” ən yaxşı beynəlxalq aktyor seçildi - FOTO



Türkiyəli aktyor Can Yaman 79-cu Venesiya Film Festivalında “Ən yaxşı beynəlxalq aktyor” mükafatına layiq görülüb.

Aktyorluq karyerasını İtaliyada davam etdirən Can Yaman yeni serialın çəkilişlərinə hazırlaşır. O, çəkilişləri Macarıstanda baş tutacaq “El Turco” adlı yeni serial üçün tezliklə kamera qarşısına keçəcək. Can Yaman bu il 79-cu Venesiya Film Festivalına da qatılıb.

32 yaşlı aktyor sentyabrın 30-da yayımlanacaq "Viola Come Il Mare" serialında baş rolu paylaşdığı Françesca Çillemi ilə festivala gəlib.

İtaliyada böyük pərəstişkarı kütləsi olan Yaman mərasimdə “Ən yaxşı beynəlxalq aktyor” mükafatı ilə təltif edilib.

Mənbə: Haber Global

ƏN ÇOX OXUNANLAR

0.1543869972229