• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ata evdən qaçdığı QIZINI ÖLDÜRÜB - Bibisi oğlu ilə evli imiş - TƏFƏRRÜAT



Abşeronda qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev qətlə yetirib. 

Abşeron rayonu ərazisində Ağsu rayon Pirhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nazim Əliyevin qızı, 33 yaşlı Aybəniz Abdullayevanı qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yaşadığı kənddən qaçan A.Abdullayeva atasının bacısı oğlu (bibisi oğlu) ilə evli imiş və onların bir övladı var.

Bildirilir ki, A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir və vaxtaşırı rayona ailəsinin yanına gedirmiş. A.Abdullayeva isə həyat yoldaşının evdə olmadığı vaxt yaşadığı kəndi tərk edərək tanışının yanına qaçıb.

Bundan sonra Nazim Əliyev qızının axtarışına çıxıb və onu Abşeron rayonu ərazisində taparaq qətlə yetirib. Hadisədən sonra o, taksi ilə Ağsu rayonuna qayıdıb və orada polisə təslim olub.

N.Əliyev əvvəllər Rusiyada yaşayıb və orada cinayət törətdiyinə görə məhkum olunub.

Qeyd edək ki, A. Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilmişdi ki, Ağsu sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

***

DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupunun baş inspektoru, polis, baş leytenantı Mahir Məsimov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Nazim Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

***

Abşeron rayon prokurorluğundan  verilən məlumata görə, sentyabrın 7-i saat 9:00 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Nazim Əliyev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

ƏN ÇOX OXUNANLAR

0.10643100738525