• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gülnarə Kərimovanın 350 milyon dollarlıq aktivləri qaytarıla bilər



Moskva Şəhər Məhkəməsi 2021-ci ilin fevralında Özbəkistanın birinci prezidentinin qızı Gülnarə Kərimovanın altı mənzilini müsadirə edib.

Baki.Media xəbər verir ki, bu barədə Özbəkistan ədliyyə nazirinin müavini Müzrəf İkramov bildirib.

Onun sözlərinə görə, Rusiya və Özbəkistan əmlakın satışından əldə olunan gəliri bərabər böləcəklər. İkramov onu da bildirib ki, İsveçrə məhkəməsi Gülnarə Kərimovanın 350 milyon dollarlıq aktivlərinin Özbəkistanın xeyrinə geri çəkilməsi işi ilə məşğuldur.

“Keçən ilin fevralında Moskva Şəhər Məhkəməsi Rusiya qanunları çərçivəsində Gülnarə Kərimovanın Moskvada altı mənzilinin müsadirə edilməsi barədə qərar çıxarıb. Bu mənzillər onun cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına alınıb. Hazırda bu qərarın icrası prosesi gedir, mənzillərin satışından əldə olunan vəsait isə Özbəkistan və Rusiya Federasiyası arasında bərabər bölünəcək”, - deyə Müzrəf İkramov jurnalistlərə bildirib.

Xatırladaq ki, avqust ayında Özbəkistanın Ədliyyə Nazirliyi Gülnarə Kərimovanın 131 milyon dollar məbləğində aktivlərinin vətəninə qaytarılması ilə bağlı İsveçrə hakimiyyəti ilə yekun saziş imzalayıb. Geri qaytarılma psosesi BMT sisteminə daxil olan “Uzbekistan Vision 2030” çoxpartnyorlu etimad fondu vasitəsilə həyata keçiriləcək.

Gülnarə Kərimova 2015-ci ildə qəsbkarlıq və vergidən yayınma ittihamları üzrə təqsirli bilinib.  2017-ci ildə başqa bir cinayət işi üzrə on il müddətinə azadlıqdan məhrum edilib.

ƏN ÇOX OXUNANLAR

0.31864190101624