• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda avtomobil istehsalı artıb, içki istehsalı azalıb



Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 56,1 milyard manatlıq sənaye məhsulu istehsal edib.

Baki.Media ” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır.

Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,6% azalıb, qeyri neft-qaz sektorunda isə 9% artıb.

Sənaye məhsulunun 75,5%-i mədənçıxarma sektorunda, 20,6%-i emal sektorunda, 3,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,2% azalıb, əmtəəlik qaz hasilatı isə 11,3% artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 76,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9%, elektrik avadanlıqlarının istehsalı 50,1%, mebel istehsalı 49,8%, geyim istehsalı 47,3%, maşın və avadanlıqların istehsalı 38,5%, hazır metal məmulatlarının istehsalı 35,9%, poliqrafiya məhsullarının istehsalı 27,3%, kompüter, elektron və optik məhsulların istehsalı 25,9%, tikinti materiallarının istehsalı 21,7%, kağız və karton istehsalı 18,9%, qida məhsullarının istehsalı 13,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 12,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, tütün məmulatlarının istehsalı 2,4% artıb, içkilərin istehsalı 6,1%, neft məhsullarının istehsalı 10,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 28% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1% artıb.

ƏN ÇOX OXUNANLAR

0.11707186698914