• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Taliban qızların təhsil hüququnu müdafiə edən professoru həbs etdi - FOTO



Talibanın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağasını açıq şəkildə tənqid edən proffessor İsmayıl Məşəl həbs edilib.

Baki.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Məşəlin küçədə pulsuz kitab payladığı zaman baş verib.

37 yaşlı akademik Taliban tərəfindən təxribat xarakterli hərəkətlər etməklə ittiham olunub.

Keçmiş jurnalist Kabildə jurnalistika, mühəndislik və kompüter mühəndisliyi dərsləri verən özəl universitetə rəhbərlik edib.

Xatırladaq ki, Taliban dekabr ayında qız tələbələrin növbəti bildirişə qədər universitetə getməyəcəklərini elan etmişdi. Məşəl isə məktəbini tamamilə bağlayıb, təhsil ya hamıya verilir, ya da heç kimə demişdi.

Günay

 

ƏN ÇOX OXUNANLAR

0.12116479873657