• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şabranda 8, Füzulidə 3 otaqlı evdə yanğın olub



Şabran rayonunun Uzunboyad kəndində ümumi sahəsi 160 kvadratmetr olan, ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 65 kvadratmetr sahədə yanıb.

Daha bir analoji hadisə Füzuli rayonunun Dilağarda kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 130 kvadratmetr  olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 kvadratmetr sahədə, 1 otağının tavanı və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ƏN ÇOX OXUNANLAR

0.10202193260193