• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Prezidentin işdən çıxardığı general Arzu Rəhimov: “Gəlin, bunu heç nəyə yozmayaq”



Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

General-polkovnik Arzu Rəhimov Manset.az-a açıqlamasında vəzifəsindən azad edilməsinə münasibət bildirib.

“Cənab Prezident məni işdən azad edibsə, deməli, belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Mən xahiş edirəm, gəlin, bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq”, - general-polkovnik deyib.

“Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi” sualına isə sabiq xidmət rəisi belə cavab verib: “Biz hüquqi dövlətdə yaşayırıq. Kim ki qanunvericiliyimizi pozur, qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır”.

ƏN ÇOX OXUNANLAR

0.092067956924438