• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Müəllimlərin maaş artımı bu qaydada hesablana bilər



Elm və təhsil naziri hörmətli Emin Əmrullayevə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərimizin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün rəsmi sorğu göndərdim.

Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, son günlər bizə olan yüzlərlə müraciətlər göstərir ki, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əməkhaqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir. 

"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qaydalar ilə sualların 83,3%-ni düzgün cavablandıran müəllim 50% doğrusu olan ilə eyni əməkhaqqı artımından faydalana bilir: "Digər tərəfdən, sualların hamısını cavablandıran ilə 51 doğrusu olanın da əməkhaqqı artımı eynidir. 51 sualı düzgün cavablandıran müəllimimiz 35% artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısında 10% artım hesablanır".

Millət vəkili bütün bunları nəzərə alaraq, əməkhaqqı artımları üçün aşağıdakı formulanı təklif edib: "Əməkhaqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10%, 35-40 bal toplayanlar üçün 15%, 40-45 bal toplayanlar üçün 20%, 45-50% arası bal toplayanlar üçün 30%, 50-55 arası balı olanlar üçün 35%, 55-60 arası nəticəsi olanlar üçün 405 olsun. 

Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər", - deyə V. Bayramov əlavə edib.

 

ƏN ÇOX OXUNANLAR

0.099348068237305