• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Novruz Məmmədov məsuliyyətə cəlb oluna bilər



Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov məsuliyyətə cəlb oluna bilər.

Pravda.az xəbər verir ki, bu barədə REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

İ.Məmmədov bildirib ki, N.Məmmədov bügünkü müsahibəsində, yəni vəzifədən gedəndən 4 il sonra işlədiyi zaman üzləşdiyi, cinayətə çox bənzəyən əməllər haqqında danışır: “"Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə" Məcəllənin 307-ci maddəsidir.

Cərimədən başlayaraq azadlıqdan 5 il müddətinə qədər məhrum etmə kimi cəzası var. Yəni cinayət haqqında məlumatın varsa, xəbər verməlisən. Yoxsa bu, məsuliyyət yaradır. Cənab Novruz Məmmədov isə deyir ərizəsini alıb sakitcə işdən çıxartdım.

Cənab Novruz Məmmədovun cinayət törətdiyini iddia edə bilmərəm. Amma törədibsə, yəni doğrudan da cinayət haqqında xəbər verməyibsə və onun bu əməli "az ağır" cinayət sayılmalıdırsa, onda müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə qaydası da işləmir, çünki bunun üçün 7 il keçməli idi (maddə 75.1.2). Əbəttə, bu yaşlı adamı indi qanunla mühakimə etməyin daha heç bir anlamı yoxdur.

Aydındır ki, bəzi məsələlər qanunla deyil, adətlə həll olunub və olunur. Amma bundan sonra YAP hökuməti qanun haqqında geninə-boluna danışanda, bir öz Baş nazirinin dediklərini də gözü qarşısına gətirsin. Ən azından, nə cənab Novruz Məmmədov, nə də onun dediyi adamlar heç bir siyasi məhbusdan heç vaxt qanun qarşısında üstün olmamalı idi”.

ƏN ÇOX OXUNANLAR

0.086843013763428