• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçdi



Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş radioelektron mübarizə alayı dəqiq nöqtə atışı ilə məhv edilib.

Bu barədə kadrları “Caliber” “Telegram” kanalı yayıb.

 

Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş “Tor” zenit-raket kompleksinin (ZRK) vurulması anının görüntüləri yayılıb.

“Caliber” “Telegram” kanalının məlumatına görə, Xankəndi-Xocalı yolu yanında yerləşdirilmiş “Tor” ZRK-sı məhv edilib.

 

Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş “Mortira” radioelektron mübarizə stansiyası (RMS) məhv edilib. Aşağı Otaraq kəndində (Ağdərə istiqamətində) yerləşdirilmiş stansiya məhv edilib.

Bu barədə kadrları “Caliber” “Telegram” kanalı yayıb.

Xatırladaq ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

ƏN ÇOX OXUNANLAR

0.10495615005493