• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Levon Ter-Petrosyanın evində KRİTİK GÖRÜŞ: "Azərbaycan və Türkiyə ilə..." - FOTO



Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və Karo Paylan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərindən danışıblar.

"Ölkə.az" xəbər verir ki, bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan öz "Facebook" səhifəsində yazıb.

"Bu gün, oktyabrın 10-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi evində polşalı erməni siyasətçi, Türkiyə parlamentinin keçmiş deputatı Karo Paylanı qəbul edib".

"Söhbət əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərindən gedib. Hər iki siyasətçi bu məqsədlərə nail olmaq üçün prioritet addım kimi Ermənistanda daxili siyasi gərginliyin təcili aradan qaldırılmasının vacibliyini vurğulayıb", - məlumatda deyilir.

Görüşdə Ermənistan Birinci Prezident Aparatının direktoru Avetis Avaqyan da iştirak edib.

ƏN ÇOX OXUNANLAR

0.094326019287109