• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Separatçıların həyasızlığı sərhəd tanımır...



Qarabağdakı qondarma qurum özünü buraxdığını elan etsə də həmin qurumun “məmurları” “bəlkə də qaytardılar” sevdasından əl çəkmirlər.

Belə ki, özünü “ombudsman” adlandıran separatçı Geqam Stepanyan Azərbaycanda məhkəmə qarşısına çıxarılan Vaqif Xaçaturyanın günahsız olduğu, onun dərhal buraxılması barədə sərsəmləmələrini davam etdirib.

Bu separatçı özünün Tvitter səhifəsində görün nə yazıb:

“Azərbaycan beynəlxalq hüququ kobud şəkildə pozaraq, qondarma cinayət işi üzrə günahsız şəxsin özbaşına məhkəməsini aparır. 68 yaşlı “artsax” vətəndaşı Vaqif Xaçatryanın, 2023-cü il iyulun 29-da Laçın dəhlizindəki Həkəri körpüsünün yaxınlığında qanunsuz keçid məntəqəsində Azərbaycan tərəfindən qaçırılıb. Beynəlxalq ictimaiyyət Vaqif Xaçatryanın dərhal və təhlükəsiz Ermənistana qayıtmasını təmin edərək, müdafiə etdiyi insan hüquqlarını və dəyərlərini müdafiə etməlidir".

2-3 cümlədə bu qədər sayda beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri edilməsi həyasızlığın pik həddi deyilsə, bəs nədir?

Bir ölkənin öz ərazisində başqa ölkənin vətəndaşını saxlaması beynəlxalq hüququn hansı normasına ziddir?

Bir ölkə öz ərazisində Sərhəd Keçid Məntəqəsi qurmaq üçün kimdənsə icazə almalıdır? Həmin məntəqədə şübhəli bilinən adamın saxlanılması hansı beynəlxalq qanuna görə insan oğurluğu sayılır?

Şübhəli qismində saxlanılan adamın təqsirli olub-olmamasını məhkəmədən başqa hansı instansiya müəyyən etməlidir?

Bütün bu hay-küyün həyasızlıq olduğunu stepanyanlar özləri də yaxşı bilir. Bilə-bilə də həyasızlıqlarını davam etdirirlər. Onlar bunu informasiya müharibəsi sayır və gələcəkdə bu informasiyalardan hücum üçün istifadə edəcəklərini düşünürlər.

Əlbəttə, bu hiyləgər erməni metodudur. Ona görə də bu cür informasiyalara etinasız yanaşmamalıyıq.

Döyüş meydanında qalib gəlmişiksə, informasiya müharibəsində də təşəbbüsü ələ almalıyıq.

Ürfan Məmmədli

ƏN ÇOX OXUNANLAR

0.12663197517395