• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Azərişıq” 10 manatlıq şirkəti 2 milyon AZN-lik tenderdə qalib ETDİ



“Azərişıq” ASC-nin “Qubadlı rayonu, Fərcan yaşayış məntəqəsi ərazisində yerləşən sərhəd məntəqəsinin elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması” ilə bağlı elan etdiyi tenderin qalibi “19 saylı Tikinti Təmir İdarəsi” MMC olub.

32gun.az xəbər verir ki, tərəflər arasında 1.996.058,22 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “19saylı Tikinti Təmir İdarəsi”nin qanuni təmsilçisi LOĞMAN ASLANOV FƏRƏC oğludur. Şirkət 13.04.2011-ci ildə dövlət qeydiyyatına alınıb.

Mediada gedən məlumatlara görə, 19 saylı Tikinti Təmir İdarəsi” MMC dəfələrlə milyonluq temdetlərin qalibi olub. Şirkət Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) milyonluq tenderində qalib gəlib.

Həmçinin mediadakı məlumatlara görə, “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin adı 2021-ci ildə Gəncə Dövlət Universitetinin qalmaqallı tenderində adı hallanıb.

Xatırlafaq ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.

ƏN ÇOX OXUNANLAR

0.078856945037842