• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fərhad Əhmədovun şirkəti parçalanır?



Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı, direktorlar şurası və yeni redaksiyada nizamnaməsinin qəbulu barədə məsələlər müzakirə ediləcək.

Ölkə.az xəbər verir ki, müzakirələr şirkətin 2023-cü il dekabrın 8-i saat 12.00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağında həyata keçiriləcək. 

Məlumat üçün bidirək ki, bir müddət əvvəl “AzNar” şirkətinin rəhbəri dəyişmiş, Fərhad Əhmədovun qardaşı oğlu Teymur Fərəc oğlu Əhmədov şirkətin baş direktoru vəzifəsindən azad edilmişdi. 

Həmçinin bu yaxınlarda “AzNar” QSC-nin restrukturizasiya (yenidən təşkil olunma) ediləcəyi, QSC-nin əmlakı və onun törəmə müəssisələrinin əmlakı bazasında, o cümlədən “AzNar” QSC-dən ayrılma şəklində yeni təsərrüfat subyektlərinin yaradılacağı deyilmişdi.

Xatırladaq ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. 

ƏN ÇOX OXUNANLAR

0.10347294807434