• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yaşar Əliyev: Cənubi Qafqazı geosiyasi qarşıdurma obyektinə çevirmək istəyirlər



"Bəzi regionda olmayan dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir".

Bunu Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının "Ümumi əməkdaşlıq yolu ilə sülhün qorunmasına yardım" mövzusunda açıq müzakirəsində çıxışı zamanı deyib.

Səfir bildirib ki, 30 ildən çox işgal müddətində Ermənistanda həmin ölkənin silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə biganə yanaşır, əvvəllər işğal olunmuş ərazilərə yerləşdirdikləri mina və digər partlayıcı qurğularla bağlı dəqiq məlumatları paylaşmaqdan yayınırlar.

Daimi nümayəndə silahlı münaqişə və onun dağıdıcı təsirlərinə baxmayaraq, Azərbaycanın regionda inkişafın və sülhün qorunması səylərini davam etdirərək reallaşdırdığı genişmiqyaslı layihələrdən danışıb:

"Azərbaycan davamlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə diqqət yetirməklə ölkə iqtisadiyyatının yenidən qurulması üçün transformasiya xarakterli dəyişikliklərin sadiq tərəfdarı olmuşdur. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun 200 milyarda yaxın qeyri-enerji sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə yatırılmasına və regional tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verərək, Avropa və Asiya arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Üç il əvvəl müharibə başa çatdıqdan sonra Azərbaycan məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını normal yaşayışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulmasını, onların ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifə kimi qoymuşdur. Bu torpaqlara həyat tədricən qayıdır və köçkün ailələrin ilk qrupları artıq öz doğma yurdlarına qayıdıblar".

 

ƏN ÇOX OXUNANLAR

0.097618103027344