• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kamran Bayramov: “Prezident seçkiləri böyük rəmzi xarakter daşıyır”



“7 dekabr 2023-cü il müstəqil Azərbaycan tarixinə əlamətdar və rəmzi bir gün kimi yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında Sərəncam imzaladı, habelə cənab Prezidentin Administrasiyasının və Ermənistan baş nazirinin Aparatının regionumuzda səbirsizliklə gözlənilən sülhə birbaşa xidmət edən, sülh müqavilləsinin gerçəkləşməsinə real töhfə verən birgə bəyanatı yayıldı”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu seçkilər Azərbaycan üçün isə ikiqat əhəmiyyətlidir. “Bu seçki ilk dəfə olaraq işğal olunmuş ərazilərin azad edilməsindən və Qarabağ regionu üzərində suverenliyin bərpasından sonra keçirilən ilk seçkilər kimi tarixə yazılacaq. Məhz bu amil xalqımızla onun rəhbəri arasında etimad mandatının yenilənməsini zəruri edir”, - o qeyd edib.

Deputat əlavə edib ki, cənab Prezidentin yaratdığı yeni reallıqlar regionda yeni çağırışlara səbəb olur və yeni imkanlar açır: “Yeni çağırışlar onunla bağlıdır ki, dünyanın bəzi fövqəldövlətləri və qüvvələri İlham Əliyevin həm xaricdə, həm daxildə əldə etdiyi nailiyyətləri və uğurları ilə barışmaq istəmir, cənab Prezidentin müstəqil siyasət yürütmək yolunda, qüdrətli dövlət və firavan cəmiyyət qurmaq səylərində maneələr törətmək istəyir. Yeni imkanlar isə ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün genişmiqyaslı islahatların aparılmasına, dövlətçiliyimizin daha da gücləndirilməsinə yol açır və bu tədbirlər xalqın etimadını yenidən qazanmaqla həyata keçirilməlidir.

Bu səbəbdən də növbədənkənar prezident seçkiləri böyük rəmzi xarakter daşıyır və, heç bir şübhə yoxdur ki, bu seçkilər İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızın yeni inkişaf dövrünü başlanmasını rəsmiləşdirəcəkdir”.

 

 

ƏN ÇOX OXUNANLAR

0.089841842651367