Səbail rayonu, Azərbaycan prospektində, Sabir bağının ön hissəsində sərnişin avtobusları onlara ayrılmış zolaqla hərəkət edə bilmir.
“Ölkə.Az” xəbər verir ki, buna səbəb həmin ərazidə avtomobillər üçün nəzərdə tutulan avtodayanacağın yerləşməsidir.
Belə ki, birinci zolaq mikromobillik vasitələri üçün ayrıldığından parkinqə daxil olmaq istəyən avtomobillər ikinci zolaq – avtobuslar üçün nəzərdə tutulmuş zolaq ilə hərəkət edir. Zolaq zəbt olunduğu üçün avtobuslar sərnişinlərin enib-minməsi üçün üçüncü zolaqda dayanmağa məcbur olur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) problemin həll ediləcəyini bildirsə də, hansı tədbirlərin görüləcəyi açıqlanmayıb.
Könül
Ölkə.Az