• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Moskvadakı məşhur çayxana və hamam "Crocus"a görə bağlandı



“Crocus City Hall”da terror aktında şübhəli bilinən Əlişir Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb.

Ölkə.Az xəbər verir ki, kafenin binasında gələcək iş qrafiki ilə bağlı heç bir mesaj yoxdur, qonşu hamam da işi dayandırıb. Onun qapısındakı tarixsiz ismarışda onun bu gün bağlı olduğu bildirilir. 

Hamamın əməkdaşı agentliyə bildirib ki, “Crocus”da törədilən terror aktı ilə əlaqədar müəssisə fəaliyyətini dayandırıb: “Çayxana bağlıdır, bizə də dedilər ki, bağla”.

Kasimov iki ay müddətinə həbs edilib. O, 2014-cü ildə Qırğızıstan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul edib. Bu şəxs üçotaqlı mənzil kirayə verib və o zaman terror aktını törədənlərlə tanış olub.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.042021036148071