• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bayden bu dəfə Putini “qəssab” adlandırdı, biznesmenləri isə müharibəyə...



ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə təhqir edib. 

Ölkə.Az xəbər verir ki, Bayden Şimali Karolina ştatında seçicilər qarşısında danışarkən yenidən Rusiya prezidentini təhqir edərək onu “qəssab” adlandırıb.

Amerikalı milyarderlərin vergilərinin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə kömək üçün gedə biləcəyini bildirib.

“Biz çox şey edə bilərik! Xüsusilə nəhayət, biz Ukraynanı qəssab Putindən qorumağın qayğısına qalacağıq”, - Bayden bildirib.

Qeyd edək ki, bundan öncə Bayden Rusiya prezidentini “ölümcül diktator” və “quldur” adlandırıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.084293127059937