• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Putin: O zaman əsl qurban rus xalqı olacaq



Putin bəzi şovinistlərin “Rusiya ancaq ruslara məxsusdur” ifadələrinə sərt reaksiya verib.

Ölkə.Az xəbər verir ki, Tverdə aviasiya təlim mərkəzində pilotlarla görüşündə Rusiya prezidenti Vladimir Putin bununla bağlı mövqeyini açıqlayaraq deyib: “Rusiya yalnız ruslar üçündür deyəndə narahat oluram. Nəzərə alsaq ki, ölkə ərazisində 190 etnik qrup yaşayır və bəzi millətlər milyonlarla insan tərəfindən təmsil olunur, burada hamının yad olması ilə bağlı bu dağıdıcı fikirləri həyata keçirməyə başladığımız andan etibarən ölkəni məhv edəcəyik, əsl qurbanlar rus xalqı olacaq". 

Rusiyanın çoxmillətli və çoxkonfessiyalı bir ölkə olduğunu heç vaxt unutmamaq lazım olduğunu vurğulayan Putin bu mövzuda diqqətli olmağın vacibliyini vurğulayıb. “Biz başqa dinə mənsub bacı-qardaşlarımıza, yəni müsəlmanlara, yəhudilərə və başqalarına həmişə hörmətlə yanaşmalıyıq”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.025299787521362