• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zaxarova: Bu, İrəvan-Bakı sülhü deyil, Rusiyaya qarşıdır



Yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşü İrəvanla və Bakı arasında sülhün əldə edilməsinə deyil, Rusiyaya qarşıdır.

Ölkə.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb. 

Zaxarovanın sözlərinə görə, bu cür hadisələr Rusiyada narahatlıq yaradır."Çünki bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin dağıdıcı yanaşmaları ilə Cənubi Qafqazda daha da möhkəmlənməsinə, orada yeni bölgü xətləri yaratmaq məqsədi daşıyır. Bununla da region ölkələrini anti-Rusiya gündəminə əməl etməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın mövcud mexanizmlərini zəiflətməyə nail olmaqdır.

Rəsmi İrəvanın nədən söhbət getdiyini başa düşmədiyini iddia etməsi böyük sualdır.  Nəticədə Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsində alətə çevrilir”, - Zaxarova yazıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.30130100250244