- 2
ENDİRİLİR
ENDİRİLİR
Ukraynada genişmiqyaslı müharibə davam edir və Vladimir Putinin ordusu Avropaya gələ bilər.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski CBS News telekanalına müsahibəsində deyib.
O bildirib ki, raketlər sabah istənilən dövlətə uça bilər:
“Bu təcavüz və Putinin ordusu Avropaya gələ bilər, ondan sonra ABŞ vətəndaşları, ABŞ əsgərləri Avropanı müdafiə etməli olacaqlar, çünki onlar NATO-nun üzvüdür”.
Zelenskinin sözlərinə görə, Rusiya lideri keçmiş Sovet İttifaqını öz imperiya şöhrətinə və coğrafi sərhədlərinə qaytarmaqda qətiyyətlidir:
"80-ci illər və 90-cı illərin sonu - Putin bunu heç vaxt bağışlamayacaq".