• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“AzSığorta” kiçilir: əməliyyatlar zərərlə icra olunur



“AzSığorta” ASC 2023-cü ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 29 mln 941 min manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 13,4% azdır. 

“AzSığorta”nın cəmi öhdəlikləri 32,7% azalaraq ötən ilin sonunda 12 mln 802 min manat olub. 

Ötən il nizamnamə kapitalı 14 mln 7 min manat olan sığorta şirkətinin bölüşdürülməmiş mənfəəti 2 dəfə artlaraq 3 mln 132 min manat təşkil edib. Nəticədə, şirkətin cəmi kapitalı 17 mln 139 min manat olub ki, bu da illik müqayisədə 10,2% çoxdur.

Ötən ilin yekununda “AzSığorta” ASC-nin əməliyyat gəlirləri 9 mln 755 min manat, əməliyyat xərcləri 9 mln 795 min manat təşkil edib və əməliyyat zərəri 40 min manat təşkil edib. Ümumilikdə isə cəmi gəlirləri 20 mln 342 min manat, cəmi xərcləri 18 mln 364 min manat təşkil edib. Mənfəəti 1 mln 977 min manat olan şirkət 395 min manat mənfəət vergisi ödəyib və nəticədə, ötən ili 1 mln 582 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “AzSığorta” ASC-nin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 6
"Neftçi" qalib gəldi
0.097929000854492